Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Lavrov Qarabağdan danışdı: “Üç razılaşma var”

Rusiya sülhməramlıları mandata uyğun olaraq Qarabağda fəaliyyətini davam etdirəcəklər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanı qəbul edərkən deyib.

Xarici işlər naziri vurğulayıb ki, Qarabağ problemi və ümumilikdə Zaqafqaziyanın problemləri regional məsələlərlə bağlı müzakirələrdə həmişə əsas yer tutur.

“Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ən yüksək səviyyədə əldə edilmiş üç razılaşma var: 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvar və noyabrında. Biz bu razılaşmaların həyata keçirilməsini, o cümlədən Rusiya sülhməramlı kontingentinin öz mandatına uyğun olaraq Qarabağdakı fəaliyyətini təmin etməyə davam edəcəyik”, – Lavrov deyib.
O bildirib ki, Mirzoyanla görüşdə bu və digər mövzuları ətraflı müzakirə edəcəklər və tərəflər münasibətləri daha da irəli aparmağa imkan verəcək razılaşmalara gələcəklər. \\7Times.az

Tarix: 08 aprel 2022
Baxış: 142

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş