Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup şirkət işçisi bu sahədə yaranmış vəziyyət və qiymətlərlə bağlı hökumətə müraciət edib.
Sahibkarlar müraciətdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin qəbul edilməsini və müvafiq qurumların dəstək göstərməsini istəyiblər.
Onlar avtobusları ölkəyə yüksək qiymətə (orta 120-150 min avro) gətirdiklərini, digər xidmətlər üzrə qiymət artımının olmasını və bunun da şirkətə əlavə xərclər yaratdığını söyləyiblər.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, daşıyıcı şirkətlər sivil formada haqlarının bərpasına çalışırlar:
"Əslində bugünkü reallıqlara, dünyada gedən proseslərə baxsaq , həqiqətən də enerji daşıyıcılarının qiyməti yüksəlir. Avtobusların alınıb ölkəyə gətirilməsi bahadır. 5-10 il əvvəl alınan avtobusla indikinin qiymət fərqi çoxdur. İstismar xərcləri, ehtiyat hissələri, işçilərin əməkhaqqı artır. Kart sisteminə keçirik, yeni texnologiya, GPS, kamera sistemi quraşdırırıq. Avtobusun məxsus olduğu şirkətdən hər şey tələb edirik. Lakin gediş haqqı 30-40 qəpikdə qalır".
E.Muradlı bildirib ki, onlar da sahibkardırlar, qazanclarını fikirləşirlər, anlayışla qarşılamaq lazımdır:
"Ya gediş haqqında artım baş verəcək, ya da dövlət bunun qarşısını almaq üçün şirkətlərə pul ödəməlidir. Dünən İstanbulda ictimai nəqliyyatda gediş haqqı bahalaşıb. Türkiyə avtobus istehsal etməsinə baxmayaraq, Azərbaycan pulu ilə müqayisədə 90-95 qəpikdir. Biz avtobusu Türkiyədən gətiririk. Nəqliyyat, gömrük xərcləri, aksiz əlavə dəyər vergisi mövcuddur. Görün, toplayanda neçəyə başa gəlir?
Əhalinin güzəranı kimi məsələlər nəzərə alınmalıdır. Dövlət tərəfindən gediş haqqı tənzimlənməlidir. Dövlətin əhalinin durumunu diqqətdə saxlayıb qiymət artımına getmədən şirkətlərə öz dəstəyini geniş formada göstərməsini çox istərdim. Artımı isə kütləvi deyil, cüzi yüksəlişlə problemi çözmək mümkündür".
Müraciətdə bildirilir ki, dünyada gedən qlobal proseslər, məhsul və xidmətlərin dəyərinin durmadan yüksəlməsi nəticəsində Azərbaycanda və region ölkələrində son aylar qiymətlər ciddi şəkildə artmaqdadır. Hazırkı şəraitdə Azərbaycanda qiymət artımsız nadir sahələrdən biri müntəzəm sərnişindaşıma xidmətidir.
Şirkətlər Azərbaycanda dövlətin nəzarət etdiyi və Tarif Şurası tərəfindən müəyyənləşdirilən ictimai nəqliyyatda gediş haqqı artırılmadığını vurğulayır:
"İctimai nəqliyyat sahəsindəki qurumların xərcləri kifayət qədər artıb. Ümumi qiymət artımı, xarici ölkələrdən alınan mal və xidmətlər, həmçinin işçilərin sosial təminatı, sığortası və sairlə bağlı xərclərin son 2-3 ildə kifayət qədər qalxması ictimai nəqliyyat fəaliyyəti göstərən dövlət və özəl şirkətləri çətin duruma salıb".

//sherg.az