Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Ramazanın 6-cı günü - İmsak və iftar vaxtı, duaları

Sabah Ramazan ayının altıncı günüdür.

Gender.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 7-də imsak vaxtı saat 04:47-də, iftar vaxtı isə 19:25-dədir. 

Altıncı günün imsak vaxtının duası:

“Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi: “İlahi, öz minnət və qüdrətinlə məni bu gün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Tarix: 06 aprel 2022
Baxış: 123

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş