Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir – Ukrayna müdafiə naziri xalqa müraciət edib

“Rusiya hərbçiləri yeni qüvvələr toplamaq və hücum istiqamətini dəyişmək üçün Çerniqov və Sumı vilayətlərindən geri çəkilirlər”. 

Gender.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində deyib. 

“Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir. Qoşunlarımız Rusiya hərbçilərini Xersondan geri çəkilməyə məcbur edirlər. Çerniqovda durum çətin olaraq qalır. Mariupolda müdafiəçilər qəhrəmancasına döyüşürlər.
Bu gün minlərlə ukraynalı ölkənin gələcəyi uğrunda mübarizə aparır. Qarşı tərəfin texnikası daha çox olsa da, onlar qaçırlar. Çünki onların bizim kimi cəsarətli insanları yoxdur”, - deyə nazir qeyd edib. 
Bundan başqa, Ukrayna müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb. 
“Səfərbərlik əsasən Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya ərazilərini əhatə edir.

Ehtiyatda olan hərbçiləri həvəsləndirən maddi maraqdır. Rusiya hərbçiləri düşünürlər ki, onlar quldurluq və talançılıqla maddi durumlarını yaxşılaşdıra bilərlər”. 

Həmçinin göstərilir ki, Rusiya səfərbərliyə təxminən 60 min nəfərin cəlb olunacağını gözləyir: “Qarşı tərəfin 2 zirehli texnikası, 43 avtomobili və 1 minaatanı məhv edilib. Eyni dövr ərzində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini - üç təyyarə (SU-34, SU-35 və İl-22 təyyarələri), bir helikopter və iki qanadlı raketi məhv edib”.  \\MillətinSəsi.info 

Tarix: 05 aprel 2022
Baxış: 109

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş