İcra Hakimiyyətləri ilə bağlı YENİLİK
Rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2022-2026-cı illərdə yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsini təmin etməlidir. \\Demokrat.az
Tarix: 04 aprel 2022
Baxış: 118
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş