Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Ayda 100-dən çox kişi ilə yatırdım" - Türkiyədə fahişəlik edən azərbaycanlı qadınların FACİƏSİ

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb etməkdə təqsirləndirilən Ülviyyə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Ülviyyə Həsənovanın qurbanlarını aldadaraq Türkiyəyə nə adla aparması, onların başına hansı fəlakətləri gətirməsi ictimaiyyət üçün maraqlıdır.
Gender.az xəbər verir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.
Cinayət işi materiallarında qeyd olub ki, Ülviyyə Həsənova tanışı olan Sona və Könülü Türkiyənin Antalya şəhərinə aparıb. Orada qızları mənzilə yerləşdirib. Bundan sonra Ülviyyə Həsənova qızların pasportlarını müxtəlif bəhanə ilə alıb. Daha sonra onlara hədə-qorxu gələrək barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib fahişəliyə cəlb edib. Ülviyyə Həsənova bir neçə gün ərzində müxtəlif ünvanlarda Sona və Könülü kişilərlə görüşdürüb. Bunun müqabilində qazanc əldə etdiyi puldan bir qismini onlara verib.
Ülviyyə Həsənova barəsində Cinayət Məcəlləsinin n 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ittiham verilib.
Məhkəmədə dindirilən Ülviyyə Həsənova deyib ki, təxminən 2016-cı ilin əvvəllərində Biləsuvar rayonunda yerləşən kafelərin birində işləyib:
"Həmin vaxt əslən Tovuz rayonundan olan Ruhiyyə adlı qadınla tanış oldum. Kafedə verilən əmək haqqı məni qane etmirdi. Ruhiyyə ilə birlikdə Türkiyəyə gedib fahişəlik etmək qərarına gəldik. Ruhiyyə mənim telefonumdan istifadə edərək "Whatsapp" proqramı vasitəsilə Türkiyədə olan tanışına zəng elədi. Tanışına bizim ora gələcəyimizi dedi. Bir-iki gün sonra Bakıda olarkən zəng gəldi. Bildirdilər ki, Antalyaya gəlməlisiniz. Ruhiyyə ilə birlikdə təyyarəyə bilet alaraq ora getdik. Təyyarədən düşəndən sonra taksi ilə Finikiya rayonuna getdik. Orada bizi Osman adlı şəxs qarşıladı. Bizi kirayə tutduğu mənzilə apardı. Həmin evdə bizdən başqa tanımadığım 2 azərbaycanlı qadın da var idi. Getdiyim gündən etibarən Osmanın kirayəyə götürdüyü evdə digər azərbaycanlı qadınlar kimi kişilərə cinsi xidmət göstərməyə başladım".
Ülviyyə Həsənova qeyd edib ki, 2017-ci ilin axırlarında Osmanla münasibəti daha da yaxşılaşdığından onlar ər-arvad kimi yaşamağa başlayıblar:
"Sonra Osman mənim üçün Antalya şəhərinin Finikiya rayonunda ayrıca ev tutdu. Biz birlikdə həmin evdə yaşamağa başladıq. Osman özü Finikiya rayonunda "Serpil" ləqəbli, əsl adı isə Məryəm Özkaya ilə birlikdə qadınların fahişəliyə cəlb edilməsi işi ilə məşğul olurdu. Sona və Könülü isə Osmanın kirayə tutduğu evdə görmüşəm. Sonradan bildim ki, o da Osmanın tapdığı qızlardan biri olub. Və orada onun nəzarəti altında fahişəliklə məşğul olub. Sona fahişəliklə məşğul olan zaman öz tanışı Könülü Osmanla tanış edib. Bundan sonra Könül də eyni nəzarət altında Finikiya rayonunda fahişəliklə məşğul olub. Nə Sonanı, nədə ki, Könülü Türkiyə aparmamışam. Özüm Osman tərəfindən fahişəliklə məşğul olmağa məcbur edilmişəm. Heç vaxt azərbaycanlı qadınların Türkiyədə cinsi istismara cəlb etməmişəm. Könül Sonanın tanışı olub və onu Osmanın yanına göndərib. O qızlar özləri istəyərək Türkiyəyə gedib orada Osmanın nəzarəti altında fahişəliklə məşğul olublar. Sonanı və Könülü orada heç kəs cinsi istismara məcbur etməyib. Hətta sonradan Könül Türkiyə vətəndaşı ilə ailə həyatı quraraq Osmanın yanından gedib".
Zərərçəkmiş şəxs qismində dindirilən Sona deyib ki, Bakıda çay evində ofisiant işləyib:
"Ülviyyə də işlədiyim çay evinə gəlib-gedirdi. Mənim onla tanışlığım belə başlayıb. Ülviyyə ilə münasibətim yaranandan sonra məni özü ilə Türkiyəyə aparmaq istədiyini dedi. Orada mənə yaxşı maaşlı işlə təmin edəcəyini bildirdi. Həmin vaxt evimdə problemlər və maddi sıxıntılar olduğundan Ülviyyənin təklifi ilə razılaşdım. Ülviyyə mənim bilet pulumu da verdi. Biz təyyarə ilə Türkiyənin Antalya şəhərinə getdik. Ülviyyə ilə birlikdə onun kirayə tutduğu mənzilə yollandıq. Evə çatandan bir müddət sonra Ülviyyə pasportumu istədi. Dedi ki, guya yaşamaq icazəsi məsələsini həll edəcək. Mən də ona inanaraq xarici pasportumu verdim. Sabahı gün Ülviyyə mənə kişilərlə görüşüb fahişəliklə məşğul olacağımı dedi. Razılaşmadım, lakin hədə-qorxu gəldi. Bildirdi ki, barəmdə rüsvayedici məlumatlar yayacaq. Qorxumdan razılaşdım. Həm də pulum yox idi. Pasportum də bunun əlində olduğundan razılaşmağa məcbur oldum. Ülviyyənin tapdığı kişilərlə cinsi münasibətdə olmağa başladım. Buna məcbur idim. Ülviyyənin yanında bir tanımadığım kişi vardı. O həmin kişi ilə birlikdə iş görürdü. Bütün bu çirkin əməllərini həmin şəxslə birlikdə həyata keçirdi".
Zərərçəkmiş qeyd edib ki, analığı xərçəng xəstəliyindən əziyyət çəkdiyindən ömrünün son günlərini yaşayırdı:
"Mən analığım ilə Türkiyədə telefon vasitəsilə videogörüntülü əlaqə saxladım və gördüm ki, vəziyyəti çox ağırdı. Analığımın xəstə olması, ömrünün son günlərini yaşaması barədə Ülviyyəyə bildirdim və məni buraxmağını xahiş etdim. Buna görə də o Azərbaycana gəlmək üçün mənə şərait yaratdı. Bundan sonra Azərbaycana qayıtdım. Lakin Ülviyyənin mənə elədiklərini unutmamışam. Onunla barışmamışam. Cəzalanmasını tələb edirəm".
Digər zərərçəkmiş Könül isə məhkəmədə ifadəsində deyib ki, bir neçə dəfə müalicə almaq üçün Türkiyə Respublikasına gedib:
"Türkiyədən qayıdarkən yolda Ruhiyyə adlı qadınla tanış oldum və bizim aramızda səmimi münasibətlər yarandı. Bakıya gəldikdən sonra yenə bir-birimizlə əlaqə saxladıq. Aramızda olan söhbət zamanı maddi çətinliklərim barədə Ruhiyyə dedim. Ruhiyyə də Türkiyədə Ülviyyə adlı tanışının olduğunu və onun mənə iş tapmaqda kömək edə biləcəyini dedi. Bir müddət sonra Ruhiyyə məni Ülviyyə ilə tanış etdi. Mən Ülviyyə ilə danışanda Türkiyəyə gələcəyim halda orada yaxşı və gəlirli işə düzəldəcəyini bildirdi. Ülviyyəyə maddi imkanımın olmadığını bildirdikdə, bilet almaq üçün pul göndərəcəyini dedi. Bundan sonra, yəni 2016-cı ildə təyyarə ilə Türkiyənin Antalya şəhərinə getdim. Türkiyədə hava limanında məni Ülviyyə və sonuncunun yanında gələn "Baba" ləqəbli şəxs qarşıladı. Sonra məni özünün yaşadığı evə apardı. Növbəti gün o telefonumu və pasportumu götürərək hədə-qorxu gəlməyə başladı. Dedi ki, Türkiyədə işim onun tapdığı kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmaqdan ibarət olacaq. Ülviyyəyə etiraz etsəm də, sonuncu buna məhəl qoymayaraq mənim ona borclu olduğumu, dediklərini etməyəcəyim təqdirdə qohumlarıma fahişəliklə məşğul olduğumu deyəcəyini bildirdi. Antalyada heç kimi tanımadığımdan və Bakı şəhərinə qayıtmaq üçün pulum olmadığımdan Ülviyyə ilə razılaşmaq məcburiyyətində qaldım. Belə ki, orada qaldığım müddət ərzində Ülviyyənin dediklərini etməyən qızların döyülməsinin şahidi olmuşam. Həmçinin Ülviyyə mənə müştəridən alınan pulun yarısını verəcəyini, qalan yarısını isə özünə götürəcəyini bildirdi".
Zərərçəkən ifadəsində qeyd edib ki, bundan sonra Ülviyyə onu öz tanışı olan müştərilərlə görüşdürməyə başlayıb:
"Gün ərzində azı 10 kişi ilə cinsi əlaqədə olaraq pul qazandım. Müştərilərdən pulu Ülviyyə özü götürürdü və kişilərdən aldığı pulun yarısını sonradan mənə verirdi. Ülviyyənin yanında 1 ay qaldım. Ayda 100-dən çox kişi ilə yatırdım. Artıq dözə bilmirdim. Telefon vasitəsilə anamla danışan zaman Ülviyyənin başıma gətirdiyi oyun barədə məlumat verdim. Sonra anam Ülviyyəyə zəng etdi və sonuncunu polisə verəcəyini bildirərək qorxutdu. Bundan sonra Ülviyyə mənim Azərbaycana qayıtmağına icazə verdi. Mən orada Ülviyyənin tapdığı kişi ilə cinsi əlaqədə olduğu zaman türk vətəndaşı olan İsa Kıvrak adlı şəxslə tanış oldum. İsa Kıvraka da bu barədə məlumat verdim. O da mənim Azərbaycana qayıtmağıma kömək etdi. Sonradan  İsa Kıvrak ilə rəsmi nikaha daxil oldum və ailə qurduqdan sonra Antalyaya yanına getdim".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülviyyə Həsənova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix: 31 mart 2022
Baxış: 277

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş