Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Məktəbli intiharı!- “Məni biabır eləmə”, “filankəsin uşağı…” - Qırmızı işıq yandırın!

Məktəblilər arasında intihar hadisəsi ilə bağlı məlumatlar səngimir. Ötən gün Bakıda 15 yaşlı qız imtahana görə intihar edib.
Yeni Yasamal qəsəbəsində yaşayan 15 yaşlı Z.C qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində vəfat edib.
 
İlkin məlumata görə, Z.C qarşıda gözlənilən imtahandan az bal yığacağına, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünüb. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.
 
Şagirdlərin imtahan sindromu öyrəncəli hala çevrilib. Məktəblinin canından keçməsi sosial şəbəkələrdə ciddi narahatlıqla müzakirə edilir. Maraqlıdır, şagirdləri stressdən qurtarmaq üçün nə etmək zəruridir?

Məktəbli şagirdin özünəqəsdilə bağlı 'Sherg.az"la fikirlərini bölüşən psixoloq Əfsanə  Rüstəmova bildirib ki, “intihar fəsli” deyə bir anlayış yaratmalıyıq:
 
“Fəsil - dönəm mənasındadır. Yeniyetməlik yaş dönəmi və  qayğı xüsusiyyətlərinə aid məlumatlanmaq üçün övladlarımızın intihar etməsini gözləməməliyik. Belə zamanlarda hər kəsin ağlının bir ucunda qırmızı işıq yanmalıdır. Sloqanı isə “bu dönəmdə fərqindəliyini artır!” olsun. Amma  “intihar fəsilləri” hər kəs üçün dəyişir. Ona görə hər kəs üçün  qırmızı işığı həmişə aktual qalmalıdır.
 
Yeniyetmələrin intiharı valideyn qayğılarının nəticəsidir.  Çünki sözügedən dönəmdə uşaqlar özlərindən çox ailələrinin duyğularını yaşayır".
 
Ə.Rüstəmova bildirib ki, tərbiyədə yanlışa yol vermək  uşağın həyatının tamamını, valideynlərin isə gələcəyini əlindən alır:
“Məni camaatın içində biabır eləmə!”, “filankəsin uşağı…” yəqin bu konteksli cümlələr hamınıza tanışdır. Mühakimə etdiyimizin fərqinə varmadan qəlibləşmiş yanlış davranışları sərgiləyərək öz həyatımızın bir parçasını əlimizlə uçurumdan atdığımızı başa düşmürük. 
 
Çünki “onun yaxşılığı üçün”, “gələcəkdə daha yaxşı həyatı olsun deyə” belə davrandığımızı fikirləşirik.Ta o zamana qədər ki, onun həyatının bir gələcəyi olmayacağını anlayırıq - onları itiririk. Biz nüfuzumuz, eqomuza görə övladlarımızı qurban verdiyimizdən xəbərsiz  yetişdirmə şəkli seçirik".
 
Psixoloq valideynlərə səslənib:
 
"Keçmişdə olan mənfi davranışlarımızı dəyişə bilmədəyimizi anlamalıyıq. Bütün zaman dilimi bizim əlimizdədir. Səhvlərimizi dərk edib, onları təlafi etmək üçün hadisənin başımıza gəlməyini gözləməyək. 
 
Əziz valideynlər, bizlər də həyatın sınaqlarından zədə almış, imtahanlarından kəsilmişik. Həmin anlarda hiss etdiyimiz məyusluq hissini övladlarımıza yaşatmamaq üçün sadəcə öz içimizdəki qırıqlara baxmağımız kifayətdir. Həyat imtahanlarla doludur. Çalışın bu imtahan övladlarınızın sonuncu imtahanı olmasın". \\Sherg.az

Tarix: 31 mart 2022
Baxış: 150

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş