Rus dilini bilənlərə “həmvətən” statusu verilə BİLƏR
Rusiya Dövlət Dumasına rus dilini bilən hər kəsin həmvətən kimi tanınmasını təklif edən qanun layihəsi təqdim olunub.
Təklifi Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin (Vahid Rusiya fraksiyası) irəli sürüb.
Qanun layihəsində xüsusilə, rusca danışan və tarixən Rusiya ərazisində yaşayan xalqlara mənsub olan, habelə birbaşa əcdadları Rusiya Federasiyasının ərazisində doğulmuş və ya yaşamış şəxsləri” həmvətən kimi tanınması təklif edilir.
Bundan əlavə, qanun layihəsində tarixən Rusiya ərazisində yaşayan xalqların siyahısının dəqiqləşdirilməsi də təklif olunur. O cümlədən, siyahıda Belarus və Ukrayna xalqlarının üzvləri, yerli azsaylı xalqların nümayəndələri də var.
Sənəd bazar ertəsi Dumanın elektron məlumat bazasına yerləşdirilib. \\Modern.az
Tarix: 28 mart 2022
Baxış: 131
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş