Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Ukrayna ordusu Xersonda əməliyyata başladı: Şəhər bu gün azad oluna bilər

Ukrayna Silahlı Qüvvələri Xerson şəhərini Rusiya ordusundan azad etmək üçün əməliyyata başlayıb.
Bu barədə Ukrayna Müdafiə naziri Oleksiy Reznikovun müşaviri Markian Lubkivski "BBC Radio 4”ə müsahibəsində bildirib. Nazir müşaviri bildirib ki, Ukrayna Ordusu son iki gündə Kiyev vilayətində əməliyyatı başa çatdırıb. Onun sözlərinə görə, Rusiyanın ələ keçirdiyi Xerson şəhəri bu gün Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçə bilər:
"Kiyev vilayətində əməliyyat başa çatıb, silahlı qüvvələrin digər hissəsi hazırda ölkənin cənub bölgəsində cəmlənib. Ordumuz Xersonu və bəzi digər şəhərləri geri almağa çalışır. İnanıram ki, bu gün şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olacaq". 
Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Xerson şəhərini ələ keçirdiyini açıqlamışdı. \\Qaynarinfo 

Tarix: 26 mart 2022
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş