Rusiya həlak olan hərbçilərinin cəsədlərini götürmür və bu Ukraynanın ekologiyası üçün böyük təhlükə yaradır.
Bunu Sumı bölgəsinin səhiyyə şöbəsinin müdiri Anatoli Kotlyar bildirib.
"Cəsədlər qarşı tərəfə lazım deyil, götürülmür, bizdə qalır və böyük təhlükə yaradır. İlk növbədə ekoloji təhlükədən söhbət gedir. İnsan orqanizmi çürüyür, meyit zəhəri əmələ gəlir", - Kotlyar deyib.
Onun sözlərinə görə, sənədsiz olan cəsədləri müəyyən etmək çətindir.
Qeyd olunur ki, Rusiya döyüşçülərinin cəsədlərinin saxlanması üçün 10 soyuducu sifariş edilib, lakin bəzi dəmiryol xətləri bağlandığından onlar hələ də gətirilməyib. Rusiya cəsədlərin çoxunu Belarusa aparır və dəmir yolu ilə öz ərazisinə gətirir.
Müharibə başlayandan Ukrayna Silahlı Qüvvələri 15 mindən çox rusiyalı hərbçisini məhv edib. Moskvanın özü itkilərin real sayını açıqlamağa tələsmir.\\Virtualaz.org