Martın 26-27-də Bakının 6 küçə və prospektinin müəyyən hissələrində təmir işləri aparılacaq.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilir ki, aşağıdakı küçə və prospektlərdə təmir işləri aparılacaq:
- Ziya Bünyadov prospekti ("Santral" mağazasının qarşısı);
- Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı);
- Abdülvahab Salamzadə küçəsi ("Qələbə dairəsi"ndən tunelin giriş hissəsinə qədər);
- Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ("Qurd qapısı"ndan İzzət Nəbiyev küçəsinə qədər olan hissə);
- Tbilisi prospekti yan yol (Pişəvəri küçəsindən "20 Yanvar dairəsi" nə qədər olan hissə);
- "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində).
Qeyd edək ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq qeyd olunan ərazilərdə hərəkətin qismən məhdudlaşdırılması nəzərdə tutulur.
Bu üzdən AAYDA sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmalarını, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.