“Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihə həyata keçirildi - FOTOLAR
“Müasir Azərbaycan Qadını” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə “Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihənin icra planına uyğun olaraq 10-13 mart 2022-ci il tarixlərində İsmayıllı rayonunda müxtəlif qruplar üzrə cəlb olunmuş 40 nəfər iştirakçı olmaqla uşaq və gənclər, habelə onların valideynləri, eyni zamanda uşaqlarla işləyən mütəxəssislər , müəllimlər, rayon üzrə fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları və bu sahədə çalışan Rayon Polis şöbəsinin, İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin nümayəndələri ilə uşaqlara qarşı zorakılıq, onun növləri və önləndirilməsi yollarına dair görüşlər və təlim keçirildi.
Layihə icra olunduğu müddətdə uşaq və gənclər arasında məişət zorakılığının səbəbləri araşdırıldı, məişət zorakılığının mahiyyəti, doğurduğu neqativ nəticələr və onlara qarşı mübarizə tədbirləri haqda məlumat verildi, uşaqların və gənclərin problemlərinə hökumət və cəmiyyətin diqqətinin artırılması və onların səylərinin
bu problemlərin həllinə səfərbər edilməsini təmin edərək ictimaiyyətin diqqətini bu problemə yönəldildi.
Tədbir iştirakçılarına məlumatlandırma sənədləri və müvafiq qanunlar eləcə də maarifləndirici paylama materialları təqdim olundu.
Tarix: 16 mart 2022
Baxış: 90241
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş