Bakıda körpə bacısını diləndirən qadın aşkar edildi
Bakıda polis qadının körpə bacısını diləndirməsi faktını aşkarlayıb.
Gender.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat paylaşıb.
“Paytaxtın Nizami rayonunda həyat tərzi dilənçilik olan roman mənsubu qadın körpə bacısını diləndirməsi polis tərəfindən aşkarlanıb. Jurnalist həmkarlarımızdan daxil olan məlumat əsasında keçirilən tədbirlərlə körpə küçədən götürülüb, aidiyyəti üzrə təhvil verilib. Müvafiq tədbirlər davam etdirilir.
O, bildirib: “Bayramdır ona görə körpə ilə çıxdım ki, daha çox pul yığım. İnsanlar körpəyə daha çox pul verir", - E.Hacıyev qeyd edib.
Tarix: 15 mart 2022
Baxış: 147
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş