Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Alkoqollu içkilərin aksiz dərəcəsi ARTIRILDI

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.
Gender.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.
Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb.

Tarix: 14 mart 2022
Baxış: 138

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş