Şəhid generalın adı ilə dələduzluq edir - BU QADINA DİQQƏT
Özünü şəhid general-mayor Polad Həşimovun bibisi kimi təqdim edən qadın dələduzluq edir.
Bu barədə şəhid generalın bacısı Kəmalə Həşimova özünün sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, Səkinə adlı qadın özünü Polad Həşimovun bibisi kimi təqdim edərək başqa məqsədlər üçün istifadə edir:
“Rəsmdə gördüyünüz bu qadın öz dediyinə görə əslən Gəncəli olsa da, Bakıda yaşayan Səkinədir. Başqa ziyarətçilər kimi evimizə gəlib rəsm də çəkdirib. Amma bu qadının bizim ailəmiz ilə heç bir qan bağı yoxdur. Hər yerdə Poladın bibisiyəm deyərək başqa məqsədlər üçün istifadə edir. Müxtəlif şirkətlərə gedərək yardım istəyir, pul yığır. Çox xahiş edirəm əgər bu adla kiməsə yaxınlaşarsa həddini bildirin. Mənim Fatma adında xanım-xatun bir bibim var. Çox qürurlu və məğrur bir qadındır. Belə dələduzlara fürsət verməyin”.\\Redaktor
Tarix: 12 mart 2022
Baxış: 121
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş