Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları Antalyada görüşə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü baş tuta bilər.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-nın “Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilərmi?” sualına cavabında deyib.
Prezidentin köməkçisi deyib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları görüşünün keçirilməsi fikri var.
“Belə bir fikir var, biz bunu dəstəkləyirik. Ermənistan da buna hazır olsa, Azərbaycan belə bir görüşə istənilən formatda, istənilən çərçivədə hər zaman hazırdır”, - Hikmət Hacıyev vurğulayıb. \\APA

Tarix: 11 mart 2022
Baxış: 179

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş