Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
6 rus generalı öldürüldü - Rusiyaya ağır zərbə

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç deyib ki, rusların danışıqlarda davranışı onların qoşunlarının döyüş meydanındakı uğurundan asılıdır, onlar indi “daha təvazökar və sakitləşiblər”.
Aretoviçin sözlərinə görə, Rusiya ordusu öz siyasi rəhbərliyinə yalan danışır və heç bir real itki barədə məlumat vermir.
Ukrayna rəsmisi deyib ki, onlarda olan məlumata görə, artıq 6 rus generalı öldürülüb:
“Amma məlumat sızır. O zaman onlar bu danışıqlarda çox təvazökar olacaqlar”.
Ukrayna rəsmisi əlavə edib ki, danışıqlarda qayda belədir: “Heç olmasa nəsə almaq üçün daha çox tələb edin”.
“Kampaniyanın ikinci günündə, danışıqlar təklif etdikləri zaman onların tələbləri ilə indiki tələbləri müqayisə edək. Tələblərin demək olar ki, yarısı harda idi. İndi onlar təvazökar, sakitdirlər və bir həftədən sonra daha da təvazökar və daha sakit olacaqlar. Ukrayna qüvvələri onları demək olar ki, tamamilə yerə qarışdırır. Döyüş meydanında uğurlarımız olduğu üçün danışıqlarda da təvazökar olacaqlar. Vəziyyət danışıqlarda deyil, döyüş meydanında həll olunacaq”,- Aretoviç bildirib. \\Yenisabah.az

Tarix: 10 mart 2022
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş