Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Deyirlər, əsir olmağınla bağlı Paşinyandan sənəd al, gətir..." - Şahbazdan QALMAQALLI MÜSAHİBƏ

“Evdə işıq, qaz yanmır. Bununla heç maraqlanan varmı? Deyən varmı ki, bu adam nə yeyir, nə içir? Erməni məhbusluğundan qayıdandan sonra şalvarımı dəyişməmişəm”
“İcra hakimiyyəti isə "Qazilərə mən baxası deyiləm" deyir. Obyektim yarımçıq qalıb, tikə bilmirəm.  
“Dilqəm “Qızıl at”ın belindədir, mənə nə kömək edəcək? Onun bu dəqiqə "Land Cruiser" markalı avtomobili, imarəti..”
“Qızım anası ilə birlikdə Rusiyaya gedib. Gəlməsi üçün yolpulu tapıb göndərə bilmədim”
2014-cü ilin iyul ayında erməni terrorçuları tərəfindən girov götürülüb,  2020-ci ilin dekabr ayında isə girovluqdan azad edilən Şahbaz Quliyev "Sherg.az"a danışıb.
Müsahibəni təqdim edirik.
- Səhhətiniz necədir? 
-Müalicəm davam edir. Qalan məsələlərdə isə “köhnə hamam, köhnə tas”dır. İndiki durumum acından ölməyə bərabərdir. Evdə işıq, qaz yanmır. Bununla heç maraqlanan varmı? Deyən varmı ki, bu adam nə yeyir, nə içir? Erməni məhbusluğundan qayıdandan sonra şalvarımı dəyişməmişəm. 
- İşlə təmin olunmaq üçün lazımi qurumlara müraciət etmisinizmi? 
- Hər yerə müraciət etmişəm, cavab vermirlər. Bacı-qardaşım sağ olsun, dolanışığıma yardım edirlər. Qaradağ icra hakimiyyəti 1 ildir “başımın altına yastıq qoyub”, yalandan maaş kartı verəcəyini söyləyir, amma vermirlər. Prezidentə də müraciətlər ünvanlamışam. "Qaçqınkom"a, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar  Komissiyaya yazmışam.
- Müraciətlərinizə cavab varmı?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düzüb - qoşacağını söyləyir. İcra hakimiyyəti isə "Qazilərə mən baxası deyiləm" deyir. Obyektim yarımçıq qalıb, tikə bilmirəm.  Övladlarım xaricdə yaşayır, ayda  20 min pul göndərməliyəm. 
 Qaradağın  icra hakimiyyətinin müavini hər ay zəng edir ki, 3 günə sənə kart  veriləcək. 1 il 3 aydır, hələ də verir. İndi də zəng edəndə başqasına müraciət etməyimi vurğulayır.
- Veteranlıqla bağlı da müraciət etmişdiniz. "Veteran" statusu verildimi?
- Məhkəməyə getmişdim. Veteranlara da iş vermirlər. Məhkəmədə "müharibə" gedir. "Papanin"dəki arxivə baxırlar. Məhkəmə 1-2 aydan sonra xəbər edəcəyini söyləyir. İndi də vaxtı aprelin 28-nə ertələyiblər. Başlarından edirlər. Müdafiə Nazirliyindən polkovnik gəlib, heç adamı da tanımır. Deyir, biz qanuna müvafiq davranırıq. Sosial yardım almağım üçün Paşinyandan 10 il həbsdə olmağımla bağlı əmək kitabçası alıb, gətirməyimi istəyirlər, komediyadır. Əsas məmurların qarnı doysun...
- Sizinlə eyni vaxtda girov götürülən Dilqəm Əsgərov sizə  kömək göstərirmi?
- Dilqəm “Qızıl at”ın belindədir, mənə nə kömək edəcək? Onun bu dəqiqə "Land Cruiser" markalı avtomobili, imarəti… 
- O da sizinlə bərabər həbsdə idi. Bunu necə əldə etdi?
- Həmin vaxt ona yalançı sənəd düzəltdilər. Guya, torpaq özünün olub, 150 min pul veriblər. Mənimkilər də var- dövlətimi satıb yeyib. 50 minlik  malım,  20 minlik “Mercedes”im də satılıb. İndi də deyirlər Vətən uğrunda getmisən.
- İkinci dəfə ailə həyatı qurdunuz. İlk evliliyinizdən olan qızınızla əlaqə saxlayırsınızmı?
- Anası ilə birlikdə Rusiyaya gediblər. Gəlməsi üçün yolpulu tapıb göndərə bilmədim. Heç özümə siqaret pulu tapa bilmirəm. Arada yazır, kömək etməyimi istəyir. Mən  bu tayda, o da o tayda qalıb. \\Sherg.az

Tarix: 09 mart 2022
Baxış: 220

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş