Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Zelenski rus ordusunu lağa qoydu: “Bundan da alçaldıcı nə ola bilər ki…”

Ukrayna öz hərbi arsenalını döyüş meydanından əldə etdiyi qənimətlərlə doldurub.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün etdiyi müraciətdə deyib.
“Hərbçilərimiz, könüllü döyüşçülərimiz döyüş meydanında ələ keçirdikləri çoxlu qənimətlər sayəsində texnikamızın arsenalını artıra bildilər. Həmin tanklar, zirehli texnikalar, sursatlar indi  həyatımızı və ölkəmizi müdafiə etmək  üçün istifadə olunacaq. İşğalçı üçün bundan artıq alçaldıcı hərəkət nə  ola bilərdi ki?”- Zelenski deyib.
O əlavə edib ki, rus ordusundən ələ keçirdikləri silahla da onları məhv edəcəklər.
“Rusiya qoşunları bu torpaqlara nə üçün gəldiklərini bilmirlər.  Artıq onların əsgər və komandirləri özlərinə çox sadə bir sual verirlər: niyə onları bu yad torpağa, bu müharibəyə göndəriblər? Bizdə isə cavab var: ölüm”, – deyə Zelenski vurğulayıb.
Mürtəza
Ölkə.Az

Tarix: 09 mart 2022
Baxış: 171

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş