Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Azərbaycanda “zavod çörəyi” 1 manata satılacaq?

İlin əvvəlindən bəri dəyəri 70 faizdən çox artan buğdanın bir tonunun qiyməti bu gün Çikaqo birjasında 485 dollara yüksəlib.
Bir il əvvəl buğdanın tonunun qiyməti 240 dollar idi.

Buğda qiymətlərinin sürətlə yüksəlməsi Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Hər iki ölkə dünyada əsas buğda ixracatçılarından hesab edilir və onlar məhsulun böyük hissəsini Qara dənizdəki limanlar vasitəsilə daşıyırlar. Hazırda Qara dənizin Ukraynaya və Rusiyaya yaxın hissələrində hərbi qarşıdurma yarandığından buğda təchizatında problem yaranıb.
Digər tərəfdən, müharibə ilə əlaqədar Ukraynada yeni mövsüm üçün buğda istehsalında ciddi azalmanın olacağı gözlənilir.

Hər iki amilin təsiri ilə buğda qiymətlərində son illərin yeni rekordu müəyyənləşir. Birja analitiklərinin fikrincə, buğdanın qiymətində artım davam edəcək və tezliklə qiymətlər 500 dollar həddini ötəcək.
Buğda qiymətlərinin artması Azərbaycanda un və undan hazırlanan məmulatların, o cümlədən də çörəyin bahalaşmasına səbəb olacaq.

Xatırladaq ki, ölkəmizdə dairəvi çörəyin ("zavod çörəyi”) qiyməti bir müddət əvvəl 30 faiz artıb. Çörəkdə bahalaşma qeydə alındığı dövrdə buğdanın qiyməti 290 dollar idi. İndi isə qiymətlər əvvəlki səviyyədən təxminən 200 dollar yüksəkdir.

Böyük ehtimalla, buğdanın qiyməti əvvəlki səviyyəyə tezliklə qayıtmayacağı təqdirdə çörək istehsalçıları qiymətlərə yenidən baxmalı olacaqlar. Yeni buğda qiymətləri nəzərə alındığında "zavod çörəyi”nin dəyəri ən azı 1 manata yüksəlməlidir. \\Sfera.az 

Tarix: 08 mart 2022
Baxış: 160

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş