Borrell: Rusiya müharibəni barbar şəkildə aparır
Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell deyib ki, Rusiya vəhşicəsinə aparılan müharibənin iyrənc üzünü göstərir.
Bunu Borrell Brüsseldə xarici işlər nazirləri səviyyəsində Aİ Şurasının fövqəladə iclasından əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə birgə brifinqdə deyib.
"Bu gün biz sərhədlərimizdə yaranan müharibənin iyrənc üzünü görürük. Ruslar isə bombardman edir, hər şeyi atəşə tutur: xəstəxanalar, evlər, məktəblər. Çoxlu mülki itkilər var. Bu, müharibə aparmağın barbar üsuludur". \\Qaynarinfo
Tarix: 04 mart 2022
Baxış: 167
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş