Nüvə müharibəsi zamanı konkret olaraq nüvə başlıqlı bombalar atılır. Bu zaman bombanın atıldığı ərazi tamam dağıldığı və yanğınlar olduğu halda, 1000 kilometrlərlə radiusda olan bütün canlı varlıqlar şüalanmaq və ölmək təhlükəsi ilə üz-üzə qalır.
Nüvə hücumu zamanı sağ qalmaq üçün xüsusi təlimat və hərəkət planı var. İnsanlar buna əvvəldən hazır olmalıdırlar. Çox çətin olsa da, əgər nüvə partlayışı anından sonrakı 8 gün ərzində sığınacağınız olsa, radiasiyanın getdikcə zəifləməsi nəticəsində sağ qala bilərsiz.
Nüvə silahı tətbiqindən sonrakı ilk saniyələrdən sonrakı 3 sutka həyati əhəmiyyətlidir.
Nüvə hücumundan qorunmaq üçün lazım olanları təqdim edirik.
Atom silahının zərbə dalğası və ətrafa yaydığı şüalanma ilk 5 saniyədə 1840 metr hündürlüyə qalxır.
Əgər ilk saniyədə sığınacağa, zirzəmiyə, beton və ya dəmir örtüklü bir yerə özünüzü atsanız, şüalanma sizə toxunmayacaq.
İşıq sürətli şüalanma insanın dərisindən keçərək bütün orqanlarını 1000 dəfə rentgenə bərabər dozalanma ilə şüalayır.
Hadisə baş verən vaxt uzaqdan göbələk formasında havaya qalxan bomba buludunu görən kimi 3-5 addımlıqda olan təhlükəsiz yerə özünüzü atmalısız. Siz saniyələr içində qərar verməlisiz. Nüvə partlayışı zamanı harasa qaçmaq, evə getmək, kimisə köməyə çağırmaq, maşında qalmaq mənasızdır.
Təcili sığınmalı olduğunuz yer zirzəmi, binanın altındakı qaraj, metro stansiyası, həyət evində üstü örtülü quyu, zirzəmi, kanalizasiya lükü ola bilər.
Ən azı partlayış anında üzü üstə torpağa uzanıb açıq əllərinizi bədəninizin altında gizlətməli, üstünüzü üst geyimi, başınızı kapşün varsa örtməlisiz. Çalışın ki, açıq bədən və dəri qalmasın.
Nüvə partlayışında işıq dalğasından qorunmalısız. Bunun üçün harda olsanız, üzərinizi köməkçi əşyalarla örtün. Məsələn, stol, şkaf, dəmir, beton. Ofis və evdəsizsə, pəncərələri bağlayıb, pərdələri çəkib, pəncərədən ən uzaq yerə çəkilməlisiz.
Şüa xəstəliyindən nüvə partlayışından sonra açıq havada və küçədə ən çox qalan insanlar əziyyət çəkir.
İstənilən sığınacaqda, zirzəmidə sonrakı 7 günü yaşamaq üçün sizə qida və su lazım olacaq. Ona görə ağzı hermetik bağlı qablarda su və ərzaq saxlamalısız.
Mümkün qədər açıq havaya çıxmamalısız ki, şüalanma dozanız az olsun.
Nüvə partlayışında ağız buruna xüsusi əleyhqaz maska taxılmalı, plaş və ya şinel materialından papaqlı üst geyimi, əlcəklər və uzun rezin çəkmə olmalıdır.
Adi tibbi maska burda heç bir rol oynamır.
Eləcə də qrup halında gizlənmisizsə, saat, radiasiya şüası və havanı ölçən cihaz, fənər, tibbi aptekça, ağzı bağlı konserv qidalar, ən yaxşı halda qənd, bal və suxarı lazımdır.
Hər bir ölkə nüvə hücumu təhlükəsi olub olmadığını ən azı günlər öncə ölkədəki vəziyyətin gərginləşməsindən və siyasi vəziyyətdən bilir.
Ona görə ən minimal ehtimalda belə vətəndaşlar nüvə hücumundan qoruma üzrə təlimatı öyrənməli və ailədaxili vəzifə bölgüsü aparılmalı, ərzaq, su ehtiyatı tutulmalı, daim qapalı geyimdə yanında maska gəzməli və açıq havada az olmalı, nüvə hücumu olarsa, harda gizlənəcəyini bilməli və ya o yeri hazırlamalıdır.
Əgər siz nüvə partlayışından sonra ilk 5 dəqiqədə zirzəmi tapıb gizlənmisizsə və sağsızsa, deməli, şansınız gətirib və bundan sonra da sağ qala bilərsiz. Sizdən tələb olunan olduğunuz yeri ən azı 3, ən yaxşı halda 7 gün tərk etməməkdir.
Əgər su ehtiyatınız varsa, heç bir şey etmədən sadəcə gözləyin.
Nüvə partlaşından sonrakı ağır radioaktiv hissəciklər və izotoplar yerə 1 sutka ərzində çökəcək, partlayışdan 8-10 saat sonra şüalanma zonası 10 dəfə zəifləyəcək, 49 saatdan sonra 100 dəfə, 10 gündən sonra 1000 dəfə.
Partlayış olan ərazidə dərisi və üzü gözü açıq şəkildə 15 həftədən sonra gəzmək olar.
Ona görə su və qidanız varsa, 7 gün zirzəmini tərk etməyin. Sacəcə kəşfiyyat və maraq xatirinə də küçəyə çıxıb gəzib gəlmək olmaz. Eləcə də küçədən gələn haray və yardım səslərinə də qaçmağınız məsləhət deyil. Çünki siz şüalanma dozası ilə yüklənib öz həyatınızı təhlükədə qoyacaqsız. \\MEDİCİNA.AZ