Xarkov vilayətində xüsusi əməliyyat - Şəhər meri və daha 3 nəfər saxlanıldı
Bu gün Ukraynanın Xarkov vilayətində hərbçilərin xüsusi əməliyyatı keçirilib.
Xarkov vilayətinin Yujnı şəhərinin meri Aleksandr Bryuxanov və onun müavini, yerli polis şöbəsinin rəisi və ərazi inspektoru düşmənlə danışıqlara görə "dövlətə xəyanət” maddəsi ilə saxlanılıblar. Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
"Bu, hələ də müharibə apardığımızı anlamayan və düşmənlə danışıq aparmağa imkan verənlərin başa düşməsi üçündür! Torpağımızın bir santimetrini də düşmənə verməyəcəyik”, - deyə Sinequbov bildirib. \\Qaynarinfo
Tarix: 28 fevral 2022
Baxış: 121
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş