SOCAR Ukraynada pulsuz benzin paylayacaq – Yardım aparan təyyarə isə Bakıdan havaya qalxdı
“Silk Way” aviaşirkətinin ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarəsi Azərbaycandan havaya qalxıb.
Humanitar yardım Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.
Azərbaycan Dövlət Neft Şirkəti isə (SOCAR) Ukraynada yerləşən yanacaqdoldurma məntəqələrinə göstəriş verib.
Göstərişə əsasən, Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verilir.
Xatırladaq ki, bir saat öncə Ukrayna dövlət başçısı Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək humanitar yardımlara görə təşəkkür etməsi ilə bağlı rəsmi məlumat yayılıb. \\Musavat.com
Tarix: 26 fevral 2022
Baxış: 154
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş