Putin həm hədələdi, həm xahiş etdi: “Məcbur idik, bizi sistemdən çıxarmayın…”
“Rusiya qlobal iqtisadiyyatın bir parçası olmağa davam edəcək”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı açıqlamasında deyib.
“İçində olduğumuz sistemə zərər vurmağı planlaşdırmırıq. Tərəfdaşlarımız bunu anlamalıdır ki, bizi sistemdən çıxarmamalıdırlar”, - o bildirib.
Putin qeyd edib ki, vəziyyəti dəyişdirmək üçün bütün cəhdləri nəticəsiz qalıb:
“Rusiyanı müdafiə etmək üçün başqa çarəmiz yox idi”.
Qeyd edək ki, Ukrayna Rusiyanın SWIFT-dən ayrılmasını tələb edib. \\Qafqazinfo.az
Tarix: 24 fevral 2022
Baxış: 197
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş