Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
İran parlamentinin deputatları internetin məhdudlaşdırılmasının ümumi iclasda müzakirəsini tələb edir - FOTO

İranın İslam Şurası Məclisinin 150-dən çox millət vəkili parlamentin idarə heyətinə məktub göndərib.
“Azad İran” Telegram kanalı xəbər verir ki, onlar “virtual aləmdə istifadəçilərin hüquqlarının qorunması” adlı qanun layihəsinin müzakirəsinin yenidən məclisin ümumi iclasına qaytarılmasını istəyiblər.
Ölkədə internetin və sosial şəbəkələrə girişin məhdudlaşdırılmasına qarşı çıxan deputatlardan biri, Ərdəbildən seçilmiş Südeyf Bədri “Twitter” hesabında yazdığı paylaşımda bildirib ki, layihənin Müştərək Komissiya tərəfindən təsdiqlənməsinin ləğv edilməsinə çağıran məktubu imzalayan deputatların sayı 150-ni keçib.
Qanuna qarşı çıxan Urmiyadan seçilmiş millət vəkili Ruhullah Həzrətpur isə bu qanun layihəsinin interneti məhdudlaşdırmaqla bağlı qəbul edilən digər qanunlar kimi elə indidən uğursuzluğa düçar olduğunu deyib.
Yaxın vaxtlarda məktubu imzalayan millət vəkillərinin adları yer alan siyahının yayılacağı bildirilir.
Xatırladaq ki, bir neçə gün öncə “virtual məkanda istifadəçilərin hüquqlarının qorunması” adı altında fəaliyyət göstərən İran parlamentinin Müştərək Komissiyası sözügedən qanun layihəsini müzakirəyə çıxarmışdı. Diqqət çəkən məqam ondan ibarətdir ki, bir neçə dəqiqəlik müzakirədən sonra keçirilmiş səsvermədə 18 lehinə, 1 əleyhinə səslə sənədi qəbul etmişdi. Bu qanun İranda interneti maksimum dərəcədə məhdudlaşdırmağı və hərbçilərin ona nəzarətini artırmağı nəzərdə tutur.
Qanun layihəsi həm bir qrup siyasətçi, həm də əksər İran vətəndaşlarının böyük narazılığına səbəb olub.
 
 
https://core.telegram.org/widgets

Oxu.az
 

Tarix: 23 fevral 2022
Baxış: 125

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş