Xəbər lenti
Reklam
“Xocəsən” metro stansiyası bu tarixdə hazır olacaq (RƏSMİ)

Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində inşa olunan eyni adlı metro stansiyasının bu ilin sonuna qədər hazır olması nəzərdə tutulur.
Gender.az
xəbər verir ki, bunu Report-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
"Xocəsən” stansiyasında tikinti işləri mərhələli şəkildə aparılır və birinci mərhələ üzrə işlər artıq yekunlaşmaq üzrədir. Tikinti işləri təkcə metropolitenin obyektləri və stansiyalarının inşası ilə tamamlanmır. Burda çox geniş mühəndis-texniki qurğular və avandalıqlar quraşdırılmalıdır ki, bu sahədə də işlər gedir. Yəqin ki, bu il tikinti işlərinin birinci mərhələsini və "Xocəsən” stansiyasının tikintisini başa çatdıracağıq”, - deyə o qeyd edib.

Tarix: 23 fevral 2022
Baxış: 135

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş