İkinci Ermənistan-Azərbaycan müharibəsinin başa çatmasından bir ildən artıq müddət keçsə də, rəsmi İrəvan mövqelərimizi atəşə tutaraq təxribatları davam etdirir. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görı, fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindəki mövqelərindən Kəlbəcərin Zəylik yaşayış məntəqəsində yerləşən mövqelərimizi heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutublar.
6 saat sonra səhər saat 10:05 radələrində düşmən yenidən fəallaşıb. Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətindəki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövqelərimizi qanunsuz erməni silahlı dəstəsinin üzvləri fasilələrlə atıcı silahlardan atəşə tutub. Hər iki halda Azərbaycan Ordusunun bölmələri qarşı tərəfi susdurub.
Təxribatın birinin sərhəddə, digərinin isə sülhməramlıların yerləşdiyi ərazidə qeydə alınması posmüharibə dövründən sonra Ermənistan tərəfin 2020-ci il 10 noyabr bəyanataının şərtlərini pozduğunu ortaya qoyur.
Politoloq hesab edir ki, Rusiya-Azərbaycan arasında imzalanan Qarşlıqlı müttəfiqlik bəyannaməsidən dərhal sonra mövqelərimizin atəşə tutulması təsadüfi deyil. Çünki bu müttəfiqlik bir tərəfdən Ermənistanı qıcıqlandırır. Digər tərəfdən isə Azərbaycan prezidentinin Rusiyanın tribunasından rəsmi İrəvana göndərdiyi mesajlar Ermənistanı narahat etməyə başlayıb.
Politoloq bildirdi ki, artıq Ermənistanın təxribatlarının heç bir mahiyyəti yoxdur. İndi onun Azərbaycanın yaratdığı reallıqla barışmaqdan başqa çıxış yolu qalmayıb. Əks halda Azərbaycan bu təxribatlara güc tətbiq etməklə cavab verəcək.