Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyasının fevralın 22-də İrəvanda keçirilən iclasında təxribatla üzləşiblər.
İclas zamanı göstərilən təqdimatda ermənilər separatçı addımlarından çəkinməyiblər. Bu zaman Azərbaycan nümayəndə heyəti həmin təqdimata qarşı çıxıb.
Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasının sədri Tahir Mirkişili ermənilərin təxribatına dərhal reaksiya bildirib:
"Biz hamımız parlamentariyik və beynəlxalq təşkilatda təmsil olunuruq. Təmsil etdiyimiz beynəlxalq təşkilatın qaydalarına hörmətlə yanaşacaqlarını güman edərək, qonaqları görüşümüzə dəvət edirik. Slaydda Azərbaycanın bir hissəsinin düzgün göstərilmədiyi xəritəni göstərdiniz. Hesab edirəm ki, bu, təxribatdır”.
Sonra o, katiblikdən təqdimat və slaydları nümayiş etdirilməzdən əvvəl onları əvvəlcədən yoxlamağı istəyib. Tahir Mirkişili bildirib ki, bu xüsusən də kiməsə danışmaq imkanı veriləndə nəzərə alınmalıdır. \\Qafqazinfo