Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.
Vətən müharibəsi qazisi Əliyev Namiq Mikayıl oğlu da 44 günlük müharibədə iştirak edən qazilərimizdəndir. Vətən müharibəsində könüllü döyüşlərə yollanan qazimiz ölkə başçısı tərəfindən “Suqovuşanin azad olunması” medalı ilə təltif olunub. O Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova tərəfindən işlə təmin olunduğunu, iki dəfə müayinə və müalicəyə, bir dəfə isə böyrəyindən əməliyyat olunmasına köməklik etdiyini qeyd edib:
“1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Əslən Corat kəndindənəm. 30sentyabrda könüllü olaraq döyüşlərə qatılmışam. N saylı hərbi hissədə kəşfiyyat taborunda kəşfiyyatçı snayper kimi Suqovuşan uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişəm. Cənab Prezident İlham Əliyev tərəfindən “Suqovuşanin azad olunması” medalı ilə təltif olunmuşam. Aileliyem bir oğlan övladım var. Döyüşlərə gedərkən övladım 11 günlük idi. Müharibədən qayıtdıqda sonra Sumqayıt Tibb Merkezinin direktoru Sakine Sadıxovanın qəbulunda oldum. Çox sağolsun məni gözəl qarşıladı. İşsiz olduğumu bildirdim və xahiş etdim ki, məni təcili tibbi yardıma sürücü vəzifəsinə təyin etsin. Çox sağ olsun ki, məni işə qəbul etdi. İki dəfə məni müayinə və müalicəyə, bir dəfə isə böyrəyimdən əməliyyat olunmağıma yaxından təmənnasız köməklik etdi. Zəfər günü münasibəti ilə məni “fəxri fərman” ilə təltif etdi".
Namiq Əliyev Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının əməkdaşları tərəfindən ona diqqət və qayğı göstərildiyini vurğulayıb:
"Qaraj müdirimiz Əhmədov Kamran Paşa oğlu və kadrlar şöbəsinin rəisi Sevinc xanım mənə təmənnasız çox köməklik göstəriblər. Müdirimiz Kamran bəy bütün maşınlarda yaranan nasazlıqlara yaxından diqqət göstərir və tibbi maşınlar tam təmir olunaraq sürücülərə təhvil verilir. Mənə dəstək olan hər kəsdən Allah razı olsun. Adını çəkdiyimGender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: