Xəbər lenti
Reklam
Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanılıb

Bakıda sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanılıb.
Gender.az
bildirir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, saxlanılan 1989-cü il təvəllüdlü Röyal Həsənov əməlini etiraf edib.
"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - Elşad Hacıyev qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücüsü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.
Tarix: 21 fevral 2022
Baxış: 203

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş