Arsenyan: "Azərbaycanla yeni münaqişə Ermənistan üçün ölümcül ola bilər"
Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının üzvü, “Mülki müqavilə” fraksiyasının deputatı Qurgen Arsenyan bildirib ki, “Ermənistan” müxalifət blokunun lideri, ölkənin ikinci prezidenti Robert Köçəryanın bəyanatları Azərbaycanla yeni münaqişəyə gətirib çıxara bilər. Bu barədə Verelq.am yazır.
“Köçəryan bu cür bəyanatlar verəndə o, Ermənistanla Azərbaycan arasında yeni münaqişənin təhlükəsini anlayır? O bunu başa düşürmü? Mən millət vəkiliyəm, deputatam və başa düşürəm ki, Azərbaycanla yeni münaqişə Ermənistan üçün ölümcül ola bilər”.
Hakimiyyət tərəfindən geniş şəkildə təşviq olunan kommunikasiyaların açılması layihələrinin sıfır iqtisadi nəticə verəcəyi ilə bağlı müxalifətin bəyanatlarına toxunan Arsenyan qeyd edib: “Lap dediyiniz kimi, iqtisadi nəticəsi sıfır olan bir oyun ola bilər. Amma əqər o iki ölkə arasında qərginiyi azalda biləcəksə, deməli faydası var". \\Virtualaz.org
Tarix: 18 fevral 2022
Baxış: 114
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş