Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Koçaryan SƏRSƏMLƏDİ: "Biz çalışacağıq ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmasın"

“Biz mübarizə aparacağıq ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmasın, amma bunu bu hökümətin adından deyə bilmərəm”.

Bunu fevralın 17-də mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib. O, Vladimir Putinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması ilə bağlı bəyanatına munasibət bildirib və bu bəyanata “Ermənistandan niyə heç bir reaksiya yoxdur” sualını cavablandırıb.

“Mən Qarabağın istiqlal bəyannaməsinin müəllifiyəm və bu bəyannamə hüquqi baxımdan hələ də toxunulmazdır. Mənim hakimiyyətim dövründə Qarabağın Azərbaycanın tərkibində ola biləcəyini göstərən heç bir sənəd yox idi. Düşünürəm ki, müharibə zamanı və ondan sonra baş verən hadisələr belə bir bəyanatın yaranmasına səbəb olub. Səbəb də budur və əgər ölkəmizin hakimiyyət orqanları İlham Əliyevin bəyanatlarına münasibət bildirməsə, guya məsələ nəhayət həllini tapıbsa, Ermənistanın Rusiyanın bəyanatlarına hansısa formada nə cavab verəcəyini gözləyirsiniz? Axı Rusiya Federasiyasının prezidenti Əliyevin, Ərdoğanın açıqlamalarını eşidir və Ermənistandan heç bir reaksiya eşitmir. Vladimir Putinin Ermənistanın baş nazirindən daha çox erməni olmasını istəyirsiniz?”, – deyə Koçaryan bildirib.

O qeyd edib ki, müharibədən sonra Putin ilə müharibə, müharibənin nəticələri, Qarabağın gələcəyi ilə bağlı müzakirələr aparıb.

“Mən heç vaxt Qarabağın Azərbaycanın tərkib hissəsi ola biləcəyi variantı ilə bağlı danışıqlar aparmamışam, Azərbaycanın tərkibində Qarabağın gələcəyini görmürəm. Mən demirəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq, çünki indi bu mənim qərarım deyil, amma erməni xalqı bununla razılaşmamalıdır və mübarizə aparmalıdır. Mən, üçüncü prezident Serj Sarkisyan Qarabağın Azərbaycanın tərkibində olmaması üçün mübarizə aparacağıq, biz əlimizdən gələni edəcəyik, lakin biz bu hökumətin adından danışa bilmərik və ümid edirəm ki, erməni xalqı özü də buna imkan verməyəcək”, – Koçaryan çərənləyib.\\KONKRET.az

Tarix: 17 fevral 2022
Baxış: 110

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş