Dövlət Sığorta Kommersiya Şirkəti vətəndaşlara dəymiş ziyanı ödəmir - KÜTLƏVİ ŞİKAYƏT
"Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bizi süründürmçiliyə məruz qoyaraq sığorta pulumuzu vermək istəmir. Sanki bu sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib. Bu şikayəti imza edən şəxslər bir neçə aydır avtomobil qəzası nəticəsində bizə dəymiş zərərin əvəzi olaraq sığorta pulumuzu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirik. Hər dəfə bir bəhanə gətirib vaxt uzadırlar. Baxmayaraq ki, tələb olunan bütün sənədləri təqdim etmişik. Bizə dəymiş ziyanı qanunsuz olaraq bir neçə dəfə azaldıblar. Bu sığorta şirkətinin özbaşınalığından insanlar cana doyublar"
Bunu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin qanunsuz əməllərindən ziyan çəkən vətəndaşlar bildirib. Onlar qeyd edib ki, şirkətin özbaşınalığından cana doyublar.
Ucar rayonunun Qulabənd kənd sakini Hacıyev Rəvan Asif oğlu deyir ki, avtomobil qəzası nəticəsində ona dəymiş 1440 manat sığorta pulu ödənilmir:
"2021-ci ilin noyabr ayı tarixində baş vermiş avtomobil qəzasında mənə dəymiş 1440 manat sığorta pulunu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti vermək istəmir.Buna görə süründürməçiliyə məruz qalmışam.Hansı ki, avtomobil qəzasından sonra bütün sənədləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinın Ucar filialına təqdim etmişəm. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinın mənə qarşı etdiyi bu qanunsuzluq vəzifə cinayəti hesab olunur".
Digər bir vətəndaş Ucar rayonu H.Aslanov küçəsi ev 31 ünvanında yaşayan Şükürzadə Vüsal Xalif oğlu isə deyir ki, qəza nəticəsində ona 4000 manat ziyan dəysə də, sözügedən sığorta şirkəti dəymiş ziyanı azaldaraq 2500 manat təyin etmişdir:
"25 dekabr 2021-ci il tarixdə Göyçay-Ucar avtomobil yolunda baş vermiş qəza zamanı mənə məxsus 99 TZ 610 nömrəli "FORD" markalı avtomobilimə 4000 (dörd min) manat dəymiş ziyanı Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkəti ödəmək istəmir. Nəticədə süründürməçiliyə məruz qalmışam. Hətta mənə 4000 manat ziyan dəysədə sığorta şirkəti mənə dəymiş ziyanı qanunsuz olaraq azaldaraq 2500 manat təyin etmişdir".
Göyçay rayonu Müskürlü kənd sakini İbrahimov Fariz Oktay oğlu da sığorta şirkəti tərəfidən zərərçəkən vətəndaşlardandır. Sığorta şirkəti ona da dəymiş. ziyanı ödməkdən boyun qaçıdır:
"25 dekabr 2021-ci il tarixdə Göyçay-Ucar avtomobil yolunda baş vermiş avtomobil qəzası zamanı mənə məxsus 10 UV 949 nömrəli VAZ-2107 markalı avtomobilimə 1100 (bir min yüz) manat dəymiş ziyanı Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti ödəmək istəmir. Dəfələrlə sığorta şirkətinin filialına getsəmdə pulumu vermək istəmirlər. Biz Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin bu qanunsuzluğu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmova şikayət ərizəsi ilə müraciətlər etmişik. Hətta Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin İdarə Heyətinin sədri Fərhad Adığözəlovada müraciət etmişik. Ancaq heç bir tədbir görülməyib.Bizə bir dəfə zəng edib sual-cavab edib işlərini bitmiş hesab ediblər".
Şikayətçilər aidiyyatı orqanlardan sığorta şirkəti barədə araşdırma aparılmasını xahiş ediblər:
"Sizdən xahiş edirik şikayət ərizəmizi araşdırıb bizi süründürməçiliyə məruz qoymuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barədə tədbir görülsün və bizim sığorta pulumuzu düzgün hesablanıb tez bir zamanda ödənilsin".
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə əlaqə qurmağa cəhd etdik. Lakin zənglərimizə cavab verilmədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
QEYD: Mövzunu davam etdirəcəyik.
YƏHYA