Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Erməni deputat: “Harutyunyan bizim cinayətkardı, onu biz mühakimə etməliyik, Bakı yox”

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı şəxsən təhqir edir, sonuncu isə susur”. Bu sözləri “Hayastan” blokundan olan deputat Andranik Tevanyan deyib.
Tevanyan bildirib ki, Arayik Harutyunyana qarşı cinayət işi qaldırılması da Azərbaycanın əsas təşəbbüslərindən biridir. “Harutyunyana yardımın Ermənistan tərəfindən göstərildiyi bildirilir. Bununla bağlı bizim ərazimizdə xüsusi antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayırlar. Arayik Harutyunyan haqqında mənim fikrimi bilirsiniz. Bu, yumşaq desək, çox mənfidir. Əgər o, indiyə qədər intihar etməyibsə, deməli, özünə hörməti yoxdur. Onun yerində normal adam çoxdan silah götürüb, özünü vurardı. Yaxşı, ən pis halda istefa verməli idi. Buna baxmayaraq, nə olursa olsun, bu, bizim cinayətkarımızdır və onunla Azərbaycan yox, biz məşğul olmalıyıq”.\\Alp.az

Tarix: 17 fevral 2022
Baxış: 140

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş