Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Alimlər: COVID-19 virusu cəsəddə uzun müddət qalır

İtaliyanın D'Annunzio Universitetinin alimləri COVID-19 virusunun cəsəddə uzun müddət qaldığı qənaətindədirlər.

İtaliyada dənizdə çimərkən itən və ertəsi gün qayalıqlarda tapılan Ukrayna vətəndaşının cəsədi dəfnlə bağlı icazələr alınana qədər Chieti Xəstəxanasının meyitxanasında saxlanılıb. Həmin şəxsdə heç bir COVID-19 əlaməti olmayıb.

Cəsəd həkimlər tərəfindən 41 gün ərzində 28 dəfə koronavirus testindən keçirilib. Testin nəticəsi hər dəfə müsbət olub. Əldə edilən nəticə isə COVID-19 virusunun cəsədlərdə qaldığını göstərib. Cəsədin parçalanması səbəbindən 41 gündən artıq müddətdə hər hansı əlavə müayinə aparmaq mümkün olmayıb.
Bildirilib ki, virusa yoluxma riskini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var. Lakin bu günə qədər koronavirusun cəsəddən yayılması ilə bağlı hər hansı bir fakta rast gəlinməyib.
"Journal of Medical Case Reports" jurnalında dərc olunan hesabatda da qeyd olunub ki, mövcud "SARS-CoV-2 RNA" virusu ölümdən sonra 41 günə qədər insan bədənində qalır. \\Azərtac

Tarix: 16 fevral 2022
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş