AQTA deputat Tahir Kərimliyə cavab verdi
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Milli Məclisin deputatı Tahir Kərimliyə cavab verib.
AQTA-dan bildirilib ki, Milli Məclisin ötən gün keçirilən iclasında deputatın qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər araşdırılıb.
Məlumatda bildirilib ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil: "Eyni zamanda İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bu günədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq. AQTA səlahiyyətlərinə uyğun olaraq, qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir". \\Qaynarinfo
Tarix: 16 fevral 2022
Baxış: 165
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş