AZAL Naxçıvana uçuşlar üçün Ermənistana pul ödədi
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistana aeronaviqasiya xidmətlərinə görə təqribən 32 min avro ödəyib.
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, oktyabrın 6-dan Azərbaycan Hava Yolları Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Məlumatda bildirilir ki, 2021-ci il oktyabrın 6-dan 31 dekabr 2021-ci il tarixinədək "Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət mərkəzi ofis vasitəsilə EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 31 901,77 avro ödəyib. \\Qafqazinfo
Tarix: 16 fevral 2022
Baxış: 131
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş