Universitetlərdə dərslər onlayn formada keçirilə bilər - AÇIQLAMA
Son günlər ölkədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar universitetlərdə dərslərin distant rejimdə davam etdirilməsinə dair təkliflər irəli sürülür.
Gender.az xəbər verir ki, məsələ ilə bağlı deputat Fazil Mustafa “Unikal”a açıqlamasında bu barədə fikir söyləməyin çətin olduğunu bildirib:
“İnsan üçün birinci növbədə can sağlığıdır. Yoluxma sayı kəskin şəkildə artığı üçün universitetlərdə tədrisin təşkili ilə bağlı qərar verilməlidir. Bu, çox ciddi məsələdir. Mən belə bir qərar verilməsinə bir qədər tərəddüdlə yanaşıram, çünki universitetlərdə əyani dərslərin dayandırılması virusun qarşısının alınması kimi düşünülə bilər, amma bunun faydalı olub-olmayacağını mütəxəssislər söyləməlidir.
Hər halda, təhsil də önəmlidir. Əgər insanların sağlamlığı üçün ciddi bir təhlükə varsa, bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Ola bilsin ki, universitetlərdə dərslərin distant formada keçirilməsi ilə bağlı qərar qəbul edilsin”.
Tarix: 14 fevral 2022
Baxış: 349
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş