Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Jirinovski haqda SENSASİON XƏBƏRLƏR: COVID deyil, zəhərləyiblər

Rusiya siyasi çevrələrində əsas müzakirə mövzusu eyni vaxtda üç parlament partiyasının - Vladimir Jirinovski (RLDP) və Gennadi Züqanovun (RKP) xəstənlənməsi ilə bağlı baş alıb gedən şayiələr və iddialardır.
Rusiyanın ən tanınmış siyasətçilərindən olan Liberal Demokrtalar Partiyasının lideri Jirinovskin ağciyərlərinin 75 faizinin zədələndiyi, hətta süni nəfəs apartına qoşulduğu haqda məlumatlar yayılıb. Səkkiz dəfə peyvəndi olmasına baxmayaraq, Jirinovskinin koronavirusu ağır keçirməsi ən müxtəlif şaiyələrə səbəb olub. 
Jirinovskinin "kovid" deyil, zəhərləndiyinə dair iddialar var.
LDP liderinin səhhətinin ağırlaşması, hətta yaxın adamlarını tanımadığı haqda xəbərlər fonunda partiyadaşları sırasında kimin onun yerini tutacağı da aktiv müzakirə mövzusuna çevrilib. "Bir liderin partiyası" olsa da, illərdir Kremlin demokratiya imitasiyası sistemində yer alan LDP-yə Jirinovskidən sonra kimin rəhbərlik edəcəyini başlı-başına buraxmaq da olmaz. Üstəlik, partiyanın stabil seçici kütləsi də var. Jirinovskinin yerinə kimin gələ biləcəyi haqda iddialar sırasında real olanı da var, hətta ekzotik görünəni də. . Məsələn, Liberal Demokrat Partiyasının rəhbəri postuna namizədlər arasında "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironovun namizədliyi müzakirə edilir. Liberal Demokrat Partiyasının rəhbərinin Xabarovsk qubernatoru Mixail Deqtyarovun olması variantı da var. Deqtyarov "narahat regionda güclü etiraz dalğasına" qalib gələrək, özünü Kremlə tamamilə sadiq siyasətçi kimi göstərib. \\Musavat.com

Tarix: 12 fevral 2022
Baxış: 173

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş