Xəbər lenti
Reklam
“Lukaşenko bizə paxıllıq edir” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Paşinyan parlamentdə çıxışı zamanı deyib: 
“Ermənistanı Belarusla müqayisə etmək olmaz, çünki birincisi “demokratik dövlətdir”, ikincisi isə yox”. Paşinyan arqument olaraq prezident seçkilərindən sonra etirazlar zamanı Lukaşenkonun Kalaşnikov avtomatı ilə Minsk ətrafında necə hərəkət etdiyini xatırladıb: 
“Ermənistanda hadisələr baş verib: siz heç mənim küçələrdə avtomatla gəzdiyimi görmüsünüz?”. 
Paşinyan bildirib ki, Lukaşenko sadəcə olaraq erməni demokratiyasına və onun dünya səhnəsində tanınmasına paxıllıq edir:
“Ermənistanı Demokratiya Zirvəsinə dəvət edəndə, başqa dövlətlər dəvət olunmayanda inciyirlər. Ermənistana demokratik ölkə deyəndə, amma onları çağırmayanda inciyirlər. Onlar Ermənistanda hakimiyyətin legitim, öz ölkələrində isə qeyri-legitim olduğunu deyəndə inciyirlər”. 
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində yeni ölkələrin Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasının mümkün perspektivlərini şərh edərkən deyib ki, “Ermənistanın getməyə yeri yoxdur”. \\Qafqazinfo.az 

Tarix: 10 fevral 2022
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş