Sabahdan, fevralın 9-dan, proqnoza görə, güclü maqnit qasırğası gözlənilir.
Qasırğanın gücü əvvəlcə G1, daha sonra isə G2 səviyyəsinə çatacaq.
Maqnit qasırğasının pik həddi fevralın 11-dən 14-dək olan dövrə, 12-də bir günlük fasilə ilə düşür.
Beləliklə, qarşıdan gələn həftə sonu, eləcə də Sevgililər günü baş ağrıları, əhval dəyişikliyi və texniki avadanlıqların və rabitə sisteminin nasazlığı ilə üzləşə bilərsiniz.
Fevralı ayının qalan günləri üçün maqnit qasırğası proqnozu
• kiçik maqnit dalğalanmaları: 17, 19, 21, 22, 24, 26;
• şiddətli maqnit qasırğaları: 9, 10, 11, 13, 14, 18 və 25 fevral.
Konkret.az