İrəvan Antalya Diplomatik Forumunda iştirakla bağlı dəvətə hələ cavab verməyib.
Bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, forumda iştirakla bağlı dəvət Ermənistan XİN başçısı Ararat Mirzoyan və parlamentin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyana göndərilib.
“İrəvan forumda iştirakını hələ təsdiqləməyib”, – Çavuşoğlu qeyd edib.
Çavuşoğlu əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyana dəvət göndərilməyib.
Çavuşoğlu, həmçinin Vyana görüşünü də İrəvanın təklif etdiyini vurğulayıb:
“Telefon müzakirəsi zamanı onlar ikinci görüş üçün Vyana və yaxud Cenevrəni təklif etdilər. Biz xüsusi nümayəndə ilə danışdıq, Cenevrədə ötəndəfəki görüş alınmadığından, Vyananı seçdik”.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyanın Antalya Diplomatik Forumunda iştirak edəcəyi ilə bağlı məlumat yayılsa da, Ermənistan bunu təkzib etmişdi. \\Axar.az