Su Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Muxtadir qəsəbəsində Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı reyd keçirilib. Bu zaman qanunsuz ov aləti olan təxminən 100 metr jılka tor, 50-100 ədəd metal dəmirdən hazırlanmış lövbər və digər alətlər götürülərək aidiyyəti orqanlara təhvil verilib.
Həmçinin bildirilib ki, may ayının 1-dən sentyabrın 1-dək Xəzərdə balıq ovu qadağan edilib.