Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Putin Qərbi və NATO-nu hədələdi: "Mexanizm işə düşüb, sadəcə "X gününün" tarixi bəlli deyil"

"Moskva iddia edir ki, Kiyev Minsk razılaşmalarını yerinə yetirmir. Məgər Donbasdakı insanlara Rusiya pasportları paylamaq Minsk razılaşmalarına uyğun idi? Və ya sərhəddə yüz minlik qoşun cəmləşdirmək, bir o qədərini də Belarusa toplamaq Minsk razılaşmalarına uyğundur?".

 Bunu politoloq Elxan Şahinoğlu qeyd edib. 

Politoloq Qərb ölkələrinin razılaşmalardan imtina etdiyi üçün Putinin əsəbləşdiyini bildirib:

"Rusiya prezidenti ona əsəbiləşir ki, vaxtilə Minsk razılaşmalarına dəstək verən Qərb ölkələri hazırda həmin razılaşmalardan faktiki imtina ediblər. Bəli, Minsk razılaşmaları aktuallığını itirib, Kiyev Donbasa xüsusi səlahiyyət verməyəcək, separatçılarla birbaşa danışıqların aparılması da mümkün deyil".

"Fransa prezidenti Emmanuel Makronun Moskva və Kiyev səfərlərinə gəldikdə, müsbət nəticədən danışmaq yersizdir. Putin Makronla dünənki birgə mətbuat konfransında açıq şəkildə Qərbi və NATO-nu hədələdi, bu gün isə Qara dəniz sahillərində Rusiya hərbi gəmiləri təhlükəli manevrlərə başlayıblar. Putin düyməyə basıb, mexanizm işə düşüb, sadəcə "X gününün” tarixi bəlli deyil", - deyə Şahinoğlu vurğulayıb. \\Qaynarinfo 

Tarix: 08 fevral 2022
Baxış: 140

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş