Xəbər lenti
Reklam
“WhatsApp”a yeni funksiya gəlir - FOTO

“WhatsApp” messencerinin masaüstü versiyasında fonda səsli mesajları dinləmək mümkün olacaq. Bu rejim daha əvvəl “iOS”un “beta” versiyasına əlavə edilib, yaxın günlərdə isə “Android”də görünəcək.
Yeni funksiya sayəsində arxa fonda səsli mesajlara qulaq asarkən onu dayandırmadan başqa çata və ya əsas menyuya keçmək mümkün olacaq.
Aşağıdakı ekran görüntüsündə də aydın olur ki, səsli ismarışı səsləndirib başqa söhbətə keçdiyimiz zaman “WhatsApp” səsli qeydi oxutmağı dayandırmır. Çat siyahısının aşağısında yeni audio player paneli görünür. Bu panel sayəsində biz səs qeydini oynatma düyməsi ilə idarə edə bilirik, irəliləyiş çubuğunun göstəricisi isə səs qeydinin nə vaxt bitəcəyini göstərir.
Pleyer paneli istifadəçilərə səsli mesajı oxutmada fasilə verməyə, davam etdirməyə və ya dayandırmağa imkan verir.
Bildirilir ki, funksiya artıq “WhatsApp” masaüstü messencerinin ən son “beta” versiyasında mövcuddur. \\Ölkə.Az

Tarix: 08 fevral 2022
Baxış: 125

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş