Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Yenidən qapanma olacaq? – Deputat açıqladı

Nə qədər çox yoluxma olsa da, hamı qrip kimi keçirir .Yoluxma sayı 10 min də olsa qapanma olmayacaq.
Gender.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, bu ştammın yoluxduruculuq qabiliyyəti sürətlidir:
“Hər kəs peyvəndlənib. Nə qədər çox yoluxma olsa da, hamı qrip kimi keçirir. Kimdən soruşsanız Omikron ştammını klassik formada keçirdiyini deyəcək. Düzdür, elə insan ola bilər ki, bir qədər ağır keçirsin. Lakin əvvəlki qriplər kimidir.
Bu ştamm koronavirus kimi deyil. Bunun yoluxduruculuq qabiliyyəti sürətlidir. Koronavirusdan dəfələrlə artıqdır. Bir saniyədə viruslu xəstə ilə təmasda olan kimi insan xəstələnir. Lakin xəstəlik ağır deyil”.
Deputatın fikrincə, koronavirus pandemiyasından öncə də insanlar qrip olan şəxslə sosial məsafə saxlayırdılar:
“Koronavirus pandemiyasına qədər hər hansı bir şəxs qrip olanda hamı kənara çəkilirdi ki, mənə yoluxmasın. Və ya deyirdilər filankəs xəstə idi, mənə də ondan keçdi. Onsuz da həmişə tənəffüs yollarının kəskin respirator yolla keçən xəstəliyi sosial məsafə saxlamağı tələb edirdi. Sosial məsafə saxlamaq, xəstə olan şəxslə məsafəni məhdudlaşdırmaq yeni çıxmayıb. Pandemiyadan öncə də belə olub”.
M.İbrahimqızı qeyd edib ki, karantin qaydaları sərtləşdirilməyəcək:
“Pandemiya ilk başlayan gündən dünyada insanlar arasında vahimə yarandı. Ona görə, də insanlar ona belə münasibət bəslədi. Xəstələrdən uzaq durmalı, bilmədiyi məclislərə getməməlidir. Çünki elə insanlar var ki, xəstə-xəstə gəlirlər. Maska istifadə edib, sosial məsafə qorunmalıdır. Karantin olacağını düşünmürəm. Məhdudiyyətlər də olmayacaq. Çünki əhalinin 60 faizi peyvəndlənib. Çox adam yoluxub sağalıb”.


Tarix: 05 fevral 2022
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş