Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
“30 İldə Qarabağ dağıdılaraq viran qoyulub” - VİDEO

Azərbaycanın işğaldan azad edilən ərazilətində "Dağıntının miqyası o qədər böyükdür ki, rayon mərkəzi ilə kəndləri bir birindən ayırmaq olmur. Yerlə yeksan edilmiş bölgələrdə yalnız daşları görə bilərsiz".
Bunu Ağdam və Şuşaya səfər edən fransalı tarixçi Maksim Quan Real TV-yə müsahibəsində dedi. Fransalı tarixçini Azərbaycana gətirən səbəb isə Qarabağda baş verən hadisələri öz gözü ilə görmək istəyi olub:
“Mən uzun illərdir ki, Qarabağ mövzusuna dair araşdırmalar aparıram. Ağdama səfər edərkən hər yerin dağıdıldığını görə bilərsiniz,təkcə Ağdam şəhərinin yox, həmçinin ətraf kəndlərin də. Hər şey dağıdılıb. Dağıntının miqyası o qədər böyükdür ki, rayon mərkəzi ilə kəndləri bir birindən ayırmaq olmur. Yerlə yeksan edilmiş bölgələrdə yalnız daşları görə bilərsiz. adətən Nüvə silahından istifadə zamanı dağıntının miqyasını öncədən bilmək olur. Qarabağda gördüklərim isə təxmin edilə bilməyəcək dərəcədə dəhşətlidir. Heç vaxt Azərbaycanda olmayan və Ağdamla bağlı hər hansı bir fikri olmayan şəxs 30 il oranın şəhərin əsas hissəsi olduğunu düşünə bilməz”.
Müsahibim Qarabağda olan zaman 30 il əörzində tarixi mədniyyət abidələrinin dağıdılmasını görməkdntəssüfləndiyini bildirdi. sitat: bu dəhşətlidir. tarixi abidələr toxunulmaz olmalıdır . sitatın sonu.
"Beynəlxalq hüquqda mütləq hərbi zərurət halları istisna olmaqla işğal olunan ərazilərdəki bina və abidələrin qorunmasına dair öhdəlik var. Lakin, Ağdam da daxil olmaqla digər işğaldan azad olunmuş bölgələrdəki dağıntılardan bəhs etdiyimiz zaman burda hərbi zərurətdən söhbət belə gedə bilməz. Düşünürəm ki, ermənilər bundan qaça bilməyəcəklər.Məsələyə bir tarixçi kimi yox, hətta adi bir vətəndaş kimi baxdığımız zaman belə bir sual yaranır. Əgər torpaqlar sənindisə niyə bu cür dağıntılar törədirsən? İşğal dövründə Şuşada ermənilərin yaşadığı binalara nəzər yetirsək görərik ki, onlar heç nəyi inkişaf etdirməyiblər. Nəinki inkişaf etdirmək, burdakı ermənilərin daha yaxşı yaşamasına cəhd belə göstərməyiblər. Bütün bunlardan sonra onların “uzun illər boyunca bu torpaqlarda olmuşuq” fikri birmənalı şəkildə yanlışdır və heç bir məntiqə sığmır”, - Maksim Quan deyib.
Fransalı tarixçi Qarabağda olan zaman quruculuq işlərnin aparıldığından da danışdı. Qonağımız qısa zaman ərzində aparılan işlərin təqdirə layiq olduğunu bildirdi:
"Şuşadakı yenidənqurma işləri çox təsir edicidir. Bütün bunlar qısa zaman ərzində həyata keçirilib. Burdakı sakinlərin gözlərinə baxdıqda, onların bu prosesdəki can fəşanlığını görə bilərsiniz. Onlar doğurdan da Şuşanı mümkün olduğu qədər tez bir zamanda yenidən bərpa etmək istəyirlər. Artıq bu istiqamətdə işlərə başlayıblar”.

Qeyd edək ki, Azərbaycan 30 ildən sonra öz torpaqlarını işğaldan azad etdikdən sonra bura mütəmadi olaraq beynəlxalq təşkilatların, ekspertlərin səfərləri təşkil olunararq onlara Qarabağ həqiqətləri haqqında məlumat verilir. Hadisələrlə elə yerindəcə tanış olmaları üçün şərait yaradılır.


Tarix: 05 fevral 2022
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş