Xəbər lenti
Reklam
Bakıda sünnət edən həkim uşağın cinsiyyət orqanını kəsdi - VİDEO

Bakıda sünnət zamanı 2 yaşlı uşağın cinsiyyət orqanının yarısı kəsilib.

O, ənənəvi sünnətçi yox, qeyri-ixtisas həkimidir. Həmin həkim etdiyi səhvlə bağlı dərhal uşaq cərrahı Toğrul Ömərova zəng edərək, ondan kömək istəyib.

Cərrah deyir ki, son vaxtlar bu cür hadisələrin sayı artıb. Hətta lazer üsulu ilə sünnət məsələsi də meydana gəlib. Halbuki dünya təcrübəsində lazerlə sünnət anlayışı yoxdur.

"Valideynlər həkimdir deyib aldanmamalı, övladını ixtisas üzrə həkimə əmanət etməlidir. Əks təqdirdə qanaxma, hissəvi zədələnmə, dəri çürüməsi və digər hallar qaçılmaz olur", - deyə T.Ömərov əlavə edib.

 
\\Xezerxeber.az
Tarix: 03 fevral 2022
Baxış: 301

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş