Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Hulusi Akar: “Ermənistana uzadılan sülh əlinin dəyərləndirilməsini gözləyirik”

İki dövlət, bir millət olan Azərbaycan və Türkiyə Qafqaza sülh və əmin-amanlıq gətirmək üçün əllərindən gələni edirlər.
Bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü zamanı səsləndirib.
Tərəflər arasında əvvəlcə təkbətək, sonra nümayəndə heyətlərilə birgə keçirilən görüşlərdən sonra birgə mətbuat konfransı da təşkil olunub.
Tədbirdə çıxışı zamanı Akar Şuşa bəyannaməsinin əhəmiyyətinə toxunub:
“Şuşa Bəyannaməsi bizim yolumuzu və strategiyamızı müəyyən edən sənəddir. Bu sənəd istiqamətində apardığımız işlər var. Hərbi təlim və əməkdaşlıqla bağlı fəaliyyətlərimiz davam edir. Bu fəaliyyətlərlə yanaşı, müdafiə sənayesi və silahlı qüvvələrimizin texniki təchizatı istiqamətində də nə edə biləcəyimizi müəyyənləşdiririk. Bu mövzularda da mühüm addımlar atmağa davam edirik”, - deyə nazir bəyan edib.
Azərbaycan ordusunun 44 gün davam edən Vətən Müharibəsi ilə işğal altındakı torpaqları geri aldığını xatırladan Akar Ermənistana uzadılan sülh əlini dəyərləndirməsini gözlədiklərini vurğulayıb:
“Əhəmiyyətli məsələlərdən biri də prezidentimizin və cənab Əliyevin danışıqlarından sonra Ermənistana sülh əli uzatmasıdır. Biz gözləyirik və ümid edirik ki, bu sülh əli qarşı tərəfdən lazımınca qiymətləndiriləcək. Bu yolla nəinki Azərbaycan-Ermənistan və ya Ermənistan-Türkiyə, hətta bütün Qafqazda sülh və firavanlıq hökm sürəcək”, - deyə Akar bildirib.
O, həmçinin Azərbaycan ordusunun və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində göstərilən səylərdən də danışıb:
“Bildirmək istəyirəm ki, Azərbaycan ordusunun və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi başqa ölkələr üçün təhlükə deyil. Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın daha da inkişaf erməsindən də çox məmnunuq. Azərbaycan və Türkiyə, "iki dövlət, bir millət" Qafqaza sülh və əmin-amanlıq gətirmək üçün əlindən gələni edir. Ümid edirik ki, tezliklə bölgədə hamı sülha və əmin-amanlıq içində yaşayacaq”, - Türkiyənin müdafiə naziri qeyd edib.
Öz növbəsində, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da qonaqpərvərliyə görə Hulusi Akara təşəkkür edib.
Görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı danışıqlar apardıqlarını bildirən Z.Həsənov birgə fəaliyyətin istiqamətlərinin müəyyənləşdirildiyini, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin planlaşdırılan fəaliyyətinin müzakirə olunduğunu əlavə edib:
“Prezidentimizin tapşırığı ilə Azərbaycan ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq. Bu istiqamətdə TSK-nın Azərbaycana böyük dəstəyi var. Biz bu sahədə çox böyük yol keçmişik. Bu baxımdan da, milli müdafiə nazirinə bir daha təşəkkürümü bildirirəm. O, bizi bütün məsələlərdə dəstəkləyir. Əminəm ki, qısa zamanda Azərbaycan ordusu öz döyüş qabiliyyətini artıracaq və Türk Silahlı Qüvvələri ilə bütün lazımi tədbirləri həyata keçirərək birgə fəaliyyətə hazır olacaq”, - deyə general-polkovnik qeyd edib.

Mənbə: Oxu.az

Tarix: 01 fevral 2022
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş